“ArtDecor” İtalyan hədiyyələri salonu 2005-cı ilin fevral ayının 19 açılıb, 2006-cı ilin Iyul ayınadək “Pompey” adını daşıyıb. Salonumuzda İtaliyanın, İspaniyanın və Almaniyanın İ Biagi, Anglada, FBAİ, Credansa, Principe, Argentario, Hermle, Hilser (və s.) kimi tanınmış şirkətlərinin ofis ləvazimatları və stolüstü aksessuarlar, bürünc heykəllər və mərmərdən fiqurlar, büllurdan, farfordan və keramikadan hazırlanmış əşyalar, suvenirlər, çilçıraqlar, şahmatlar, şamdanlar, saatlar və s. mallar satışa qoyulub.
Fəaliyyət göstərdiyi zaman ərzində ArtDecor salonu zövqlü insanlar tərəfindən seçilib və onların rəgbətini qazanmışdır.